Aleksandr Rıbakın deyir: Fanatlarımın çoxu artıq bilet alıb.

ULDUZLA BƏZƏNMİŞ KANALIN TARİXİ

Ørje kanal keçidlərindəki Soot tamaşasının premyerasından iki ay əvvəl super ulduz Aleksandr Rıbakın ən istəkli fanatlarından 500-ü bilet aldı.
Başlıq şəkli üçün izahat: Ørjedə “Soot söhbəti”.

Bu iyunun sonunda olacaq böyük Soot oyunun məşqləri zamanı aktyor Dennis Storhøi (solda), müğənni Aleksandr Rıbak və yerli Johan Østereng arasında gözəl bir görüş idi. Rıbak deyir:
-Fanatlarımın çoxu artıq bilet alıb.

soot play

Mənbə: Smaalenenes qəzet nüsxəsi 2.5.2015
Müəllif və şəkil: Lise-Kari Holøs. Ulli C. tərəfindən aşkar olunub.
Jorunn Ekre tərəfindən tərcümə olunub, Anni Jovett tərəfindən yoxlanılıb.

Ørje kanal qurucusu Engebret Soot haqqındakı oyunun 27 iyundakı premyerasındakı əsas cazibə mərkəzidir. Aleksandr Rıbak hətta fanatlarından daha da çoxunun gələcəyini düşünür.İndiyə kimi 1500-dən çox bilet satılıb. Xarici fanatların reaksiyasından məlum olur ki, biz proqramda ingilis dilində xülasə yazmalı olacağıq. Rejissor və layihə meneceri Anneli Sollie Smaalenenes qəzetinə belə deyir.

– Aleksandr futbol oyunçusu Ronaldo kimidir. O, qəflətən qanadlardan ortaya çıxır və Ole Bullu oynayır, musiqiyə cavabdeh, Haldendən olan müğənni və bəstəkar Henning Kvitnes belə deyir. O, əlavə edir ki, musiqi 1800-cü illərin folk musiqisinə yaxındır, amma aydın Kvitnes toxunuşu var bunda. O deyir:
– Sadə musiqi olacaq.Engebret Soot sadə gənc idi.
Bazar günü məşqlər zamanı Sanne Kvitnes atasının bəstəsindən bir parça oxudu. Bir neçə nəfər inanılmaz gözəl olduğunu vurğuladı.

soot playAnneli Sollie layihə meneceri və rejissordur. Oyun əslində 1986-da Ole Karsten Andersen tərəfindən yazılıb və əvvəllər 3 dəfə ifa olunub, amma Sollie ona yeni forma və daha müasir ifadə verib.- Mən və yoldaşım Aleksandr Rambol evdə mətbəximizdə oturduq və Ørjedə xalqa bir şey qaytarmaq istədiyimizi müzakirə etdik. Burada çoxlu pozitiv insan var. O qeyd edir ki:
– Siz Gålåda Peer Gynt və Årjängda Amerikabrevet oynaya bildiyinizdə, düşünürəm ki, biz də Ørjedə Soot tamaşası oynaya bilərik.

Yerli bank və Halden regional parkında Vidar Østenbyin biraz köməyilə ideya reallaşdı.
– Əlavə olaraq, Dennis Storhøi demək olar ki, Ørjedəndir. O, Engebret Soot-u əvvəllər oynayıb və bunu asanlıqla bacarır.Əslində bu oyunun arxasında dayanan Ole Karsten Endersen onun ögey atası idi, Sollie vurğulayır. O casting-i Storhøi ilə müzakirə etdi, hansı ki, onun başqa şeylərlə birlikdə Gålåda Peer Gynt rolunda da təcrübəsi var.


soot play– İsveçli aktyor Samuel Frölerdən xahiş etməlisiz. Samuel güvənlilik təcəssümüdür.Əlavə olaraq, bizim ikimizin də Ørlandda kabinəmiz var və bir-birimizi artıq yaxşı tanıyırıq. Kråkerøyun məsləhət gördüyü aktyor bu idi. Anneli Samuel Frölerə zəng vurdu: “Mən ondan onunla Stokolmda görüşə bilərəmmi deyə soruşdum, çünki onsuzda ora gedəcəm. Bu duz deyildi. Amma Samuel mənimlə görüşməyə razılaşdı. Risk yoxdursa, qazanc da yoxdur”, Anneli deyir.

Müvəffəqiyyətli isveç serialı Skjærgårdsdoktoren-dan həkim tamaşada öz çantasını keşiş Heyerdalla dəyişdi.
Samuel Fröler açıqlayır: – Mən Engebret Sootu yuxarıdakı cənnət üçün saxlayıram.

soot play

Anneli Sollie kanal qurucusu haqqında hekayənin dərinliyinə getdi.
– Həyəcanlandırıcı bir obraz. 1800-cü illər ərzində ən vacib şəxsiyyətlərdən biri olmasına baxmayaraq, O, cəmiyyət tərəfindən yaxşı qarşılanmayan fermer idi.
-Onun necə xarakteri vardı?
Onun güclü xarizması olmalı idi. Kanal qurucusu bütün ölkəni səyahət etib və həm Telemarkda kanalda və həm də sərhəddin digər tərəfində (İsveçdə) olub. Bilirik ki, o qadınları sevirdi. Musiqi də Engebret Sootu cəlb edirdi və o həm də skripka çalırdı. Onun Kristianaya gedəcək və Ole Bullu oyadacaq istəyi vardı, çünki o bunu həmin gün erkəndən konsert üçün etmədi. Ancaq Engebret Soot bir adamın heç vaxt tam başa düşəcəyi bir şəxsiyyət deyil, Anneli Sollie deyir.

Soot play
FAKTLAR
• Kanal qurucusu Engebret Soot haqqındakı tamaşa Norveçin birillik tarixi tamaşalarından biri olacaq.
•Yazıçı Jonas Lie və skripkaçı Ole Bull Engebret Sootu 19-cu əsrin ən böyük təbii dahilərindən biri adlandırırlar. Soot indi Aurskog Høland adlandırılan yerdə 1786-da doğulub və Markerdə, Østre Otteitdə 1859-da dünyasını dəyişib.
•Soot tamaşasının premyerası iyunun 27-də olacaq və 10 performans olacaq.
• Büdcə 1,5 milyon krondur.
•Samuel Fröler, Dennis Storhøi, Aleksandr Rıbak, Sanne Kvitnes daxil olmaqla 42 aktyor və bəzi rollarda parlament üzvü Stein Erik Luavås.
“Soot-spelet” haqqında daha çox məlumatı BURADAN tapa bilərsiz.

soot play

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Run by a worldwide team of Alexander Rybak fans