Aleksandr Rıbak – Yuliye arzuladığım qızdır!

Nəhayət Avroviziya ulduzu xoşbəxt sevgi haqqında mahnı oxuya bilər.

Alexander Rybak Julie Gaarud Holm Se Her juni 2016
1. Aleksandr Rıbak müğənni kimi 10 ilini qeyd edir. 2. İnternetdə görüşdü- İnternetdə tanış oldu. Aleksandr və Yulie bir-birini tanışlıq proqramı Tinderdə tapıb və 6 aydır birlikdədirlər. 3: Romantik fərari: arzuların qızı arzuların səyahətində: Təzəlikcə Aleksandr Yulieni ABŞ-ın cənubuna, Mayamiyə romantik gəzintiyə apardı.

Mənbə: Se&Hør buraxılışı, nəşr olunub 28.6.2016. Müəllif: Layn Hekkli Şəkillər: Gair Egil Skoq, Andreas Fadum, Aleksandr Rıbak (Instagram)
Azərbaycan dilinə tərcümə Azadə İmranzadə

Sevgi haqqında oxuyur
2009-cu ildə Aleksandr Rıbak (30) “Fairytale” ilə Avroviziya mahnı müsabiqəsində qalib oldu, uğursuz sevgi barədə mahnı ilə. Bugün onun mahnı sözləri xoşbəxtliklə doludur,yeni sevgilisi Yulie Qarud Holmdan (22) ilhamlanıb.
– Uzun illərdə ilk dəfədir ki, bir qıza 100% inanmaq zövqünü hiss edirəm. İndi mən başqalarını sevgidən qorxmamağa cəsarətləndirəcək, bir-birini sevməyə ruhlandıracağam – sevincli Aleksandr gülümsəyir.

İlhamlanır: Aleksandr Rıbakın axırıncı mahnısı “Səni sevməyə gəldim” sevgilisi Yulie Qarud Holmla yaşadığı xoşbəxtlik haqqındadır. Əvvəllər onun mahnıları uğursuz sevgilər barədə olub.

Öz sevgilisi ilə vaxt keçirməyə ehtiyacı var
O Yulie ilə tanışlıq proqramı Tinderdə tanış olub və ikisi tezliklə tonlarını tapıb. İyunun əvvəlində Avroviziya ulduzu sevgilisini Mayamidə romantik tətilə apardı, hansı ki, orada onlar başqa şeylərlə birlikdə, Universal Studiosa da baş çəkdilər. O aşiq olandan sonra məşhur müğənni üçün , hansı ki həmişə yoğun proqramı olurdu, boş vaxt tapmaq daha önəmli olmuşdur.
– İstirahət etməyi və daha yaxşı yatmağı öyrənmişəm. Dostlar və ailə ilə keçirmək üçün boş vaxt tapmaq vacibdir, və indi sevgilim olduqdan sonra vaxt daha dəyərlidir. Aleksandr deyir ki, “multitapşırığın” onu səhnəyə həmişə hazırlamadığını başa düşmək bir müddət çəkdi.

Musiqi ildönümü
İyulda o Larvikdə Bølgen Kulturhus-da tamaşaçıların qarşısına çıxmağa hazırdır, orada onun yeni şousu “Entertainer”in premyerası olacaq. Aleksandrın NRK-nın “Kjempesjansen”-də qalib gəldiyi məhz 10 ildir , hansı ki, onun Norveçdə böyük nailiyyəti idi. İndi o 10-cu ildönümünü böyük şou ilə qeyd edir. 30 yaşlı müğənni şübhə etmir ki, bu nailiyyət indiyə kimi onun kariyerasında önəmli məqamdır.

Alexander Rybak 2006 til 2016 seher 2016– Ümid edirəm ki, kariyeramın ortasındayam indi. Ən böyük məqam mənim “Fairytale” ilə Avroviziyada qalib gəlməyim idi. Hələ də o mahnıdan yorulmamışam. Bütün müğənnilər belə mahnını arzulayırlar, visit kartları olacaq mahnını.

Sevgilisi üçün mahnı yazdı
Şouda tamaşaçılar yeni və əvvəlki mahnıları eşidə biləcək. Nesoddendən olan oğlan başqa mahnılarla birlikdə “Səni sevməyə gəldim” adlı Yulieyə sevgi bəyanatı olan mahnını ifa edəcək.

– Əvvəllər mənim sevgi mahnılarım biraz “acı-şirin” olurdu. Onlar əldə edə bilmədiyim, və ya mənim olmasını istədiyim adamlar haqda idi. Həmişə onlarda bir “qotur” olub, amma bu mahnı Yulieyə təmiz sevgi ilə doludur, deyir Aleksandr.

Bu may xarizmatik müğənninin 30 yaşı tamam oldu, heç problemsiz yanaşdığı bir şey.
– Sənin Yulie kimi sevimli sevgilin olduğunda bu problem deyil. O arzuların qızıdır!

Bir cərgədəki üç şəklin mətni:
2006: Müğənninin NRK kanalında “Kjempesjansen” adlı istedad şousunda qalib gəlməsinin 10 ilidir. O aparıcı Dan Börg Akerö tərəfindən təbriklənir.

2009: Böyük məqam: Aleksandr Moskvada “Fairytale” ilə Avroviziyanın finalına yüksəldi. O bu məqamı indiyə kimi kariyerasının ən önəmli məqamı kimi təsvir edir.

2016: Yeni şou ilə qeyd edir: Aleksandr 10-cu ildönümünü Sofiye Byerketvet və Hayidi Rud Elingsen ilə bölüşdüyü “Entertainer” adlı şou ilə qeyd edir.

English version:

Alexander Rybak – Julie is the dream girl

Run by a worldwide team of Alexander Rybak's fans