Aleksandr Rıbak : Mənim üçün ən çətin Bilanı təqlid etmək idi

2009-cu ildə Aleksandr Rıbak, belarus əsilli norveçli, məşhur olaraq oyandı. O, sadəcə Avroviziyada qələbə çalmadı- onun mahnısı “Fairytale” müsabiqə tarixində ən yüksək səs sayına sahib oldu. Bugün, Rıbak Moskvaya “Rusiya” kanalında , “Один в Один” şousunda iştirak etmək üçün gəlib. Musiqiçi keçən illərdə həyatının necə dəyişdiyini “TN”-lə bölüşdü.

Mənbə: “Tv həftə” jurnalı. Müəllif: Mariya Alamçuk
Marina Rolbin tərəfindən tərcümə olunub. Azərbaycan dilinə Azadə İmranzadə tərəfindən tərcümə olunub. 🙂

Aleksandr Rıbak: “Mənim üçün ən çətini Bilanın təqlidi idi.”

Həyat yüksək sürətlə davam edir! (Ümid edirəm, rus deyimini düzgün istifadə edirəm?) Nəhayət, mən diplomli skripkaçıyam. Mən Osloda Barratt Due Musiqi Akademiyasından musiqidə bakalavr dərəcəsi aldım. Bundan əvvəl dərslərim üçün vaxtım yox idi. Həmişə məşğul idim. Birinci, mən “Böyük İmkan” şousunun Norveç versiyasında iştirak etdim (qalib oldum!) , sonra “Damdakı Skripkaçı” musiqili tamaşasında iştirakıma görə böyük bir teatr mükafatı aldım, və sonra 23 yaşım olanda, Avroviziya üçün Moskvaya getdim. Beləcə, dörd il oxumaq yerinə, səkkiz il oxudum. Amma problem yoxdur, ən vacibi odur ki, mən bitirdim.

Avroviziyada iştirak etdikdən sonrakı illərdə, mən həm də bir sıra skandinav kinolarında iştirak edə bildim. O kinolardan biri, “Yohan wanderer” adlanan kino 30 ölkədə göstərilib. Həm də, mən animasiya nümunəsində “Əjdahanı necə əhlilləşdirərsən” (How to Train Your Dragon) obrazlardan birini səsləndirdim. 2-ci hissədə, kino musiqisi üçün mahnı da yazdım.

Rusiya və Norveç şou-biznesi arasındakı fərq ucsuz-bucaqsızdır. Əgər siz Rusiyada “uğur qazanırsızsa” , hər küncdə oxuyursunuzsa və hətta sizdən yorulsalar belə, onlar sizi həmişə gözləyir və bütün konsertlərə dəvət edirlər. Amma norveçlilər, əksinə, onlar həmişə əmin olurlar ki, hamı bərabər bölünmüş şöhrət əldə edirlər. Əgər siz başqalarından daha çox məşhur olsanız, onlar sizi aşağı çəkəcək: sizə ayıb olsun, siz başqalarına ulduz olmağa imkan verməlisiz. Bir tərəfdən, bu gözəldir. Bura elə ölkədir ki, hamıya qarşı eyni hüquqlar var. Amma digər tərəfdən, bu qəribə bərabərliyə görə Norveçin tək bir superulduzu yoxdur. Təəccüblənə bilərsiniz, ancaq mən “a-ha”-dan Morten Harketdən bəri birinci məşhur musiqiçiyəm və bu qrup 1982-ci ildə yaradılıb!

Və Norveç şou-biznesinin böyükləri bilmirdilər mənimlə nə etsinlər. Bu, xüsusən də Norveç Avroviziyaya ev sahibliyi edəndə açıq-aşkar idi. Təşkilatçılar mənə finalın açılışını tapşırdılar : “Biz sənin üçün əla çıxış hazırlamışıq- sən səhnənin üstündən uçacaqsan!” Təəccüblənmişdim. ” Amma Bilan eyni şeyi keçən il Moskvada final açılışında etmişdi! Niyə mən daha orijinal bir şeylə çıxış etmirəm? ” Məsələn, mən yeni çıxışımı ifa edə bilərəm. Sizi əmin edə bilərəm ki, o, hit olacaq.”
“Xeyr. Ya siz uçacaqsız, ya da sizin Fairytale-i oxumağa və səhnəni tərk etməyə 1,5 dəqiqəniz var.” Beləliklə, Avroviziyada ifa edə bilmədiyim mahnının artıq 20 milyon onlayn baxış sayı var. Və bu bizim şou-biznesimizdir.

Amma mən skripkaçılar arasında dəb simgəsi ola bilirdim. Gülməlidir! Avroviziya Norveçdə baş tutan zaman, əlimi sındırdım. Allaha şükür ki, sağ əlim idi, hansı ki, yayı tutur. Uzun müddət biləyimi yerində saxlayan xüsusi qara əlcəklə ifa etdim. Və bəzi skripkaçılar belə qərara gəldi ki, bu dəbdir. Və mən hələ də qara əlcəklə ifa edən yoldaşlarla qarşılaşıram.

Moskvada qələbəmdən sonra, Norveç şou-biznesinin böyükləri məndən nə edəcəklərini bilmirdilər. Avroviziya müsabiqəsi (Moskva 2009)

Özümü yüksəltmək üçün xüsusi heç nə etmirəm. Ulduzların buz üstündə sürüşdüyü və ya yemək bişirməyi öyrəndiyi bütün o tv şoulardan dəhşətə gəlmişəm. Şoularda iştirak etmək üçün belə təkliflərdən tonlarla alıram, amma mən həmişə yox deyirəm. Məni “Один в Один” şouya dəvət etdiklərində dərhal razılaşdım, ona görə ki, o, mənə çox yaxın və əziz idi. Mən balaca olanda, ayna qarşısında müxtəlif müğənniləri təqlid etməyi sevirdim- Chip ‘n’ Dale kimi rəqs və Maykl Ceksonun Ay gəzintisini etdim. Düşünürəm ki, bu təcrübələr bu layihədə mənə həqiqətən kömək etdi. Həm də, mən heç vaxt Rusiyada yaşamamışam və ifa etdiyimiz mahnıların çoxunu ilk dəfə eşitdim. Məsələn, Mark Tişman “I’m Ready to Kiss the Sand” mahnısını ifa edəndə, onu tam sevdim və gündə bir neçə dəfə qulaq asırdım.

Qadını təqlid etmək mənim üçün ən çətinidir. Və mən çox qorxurdum ki, onlar mənə incə müğənnilər verəcəklər, çünki artisti kök etmək asandır, amma onu daha arıq etmək inandırıcı deyil. Ancaq bəxtim gətirdi. Gloria Gaynor və Lyudmila Ryumina, kim ki, mən təqlid etdim, olduqca dolu bədənli qadınlardır. Dima Bilanı təqlid etmək çətin və kifayət qədər qəribə idi, baxmayaraq ki, onu tanıyıram, səhnədə dəfələrlə görmüşəm və bizim oxşar keyfiyyətdə səsimiz var. Amma mən konsert zamanı skripka çalıram və tamaşaçı ilə söhbət edirəmsə, Dima ritmin gedişini tutur. Və fiziki olaraq bu çox çətindir.

Yeri gəlmişkən, mən Dima Bilanı təqlid etdikdə, bu mənə həyatdan həqiqətən nə istədiyim haqqında fikirləşməyə əsas verdi. Mənim sadəcə 28 yaşım var və indi bütün bu səyahətlər, qadın fanatlar və şirin yeniyetmələrin surəti, bu, ehtiyacım olan şeydir. Amma 40 yaşım olanda, qəflətən dərk etmək istəmirəm ki, başqa heç nəyim yoxdur və konsertlər vermək və dünyanı səyahət etməkdən başqa heç nə edə bilmirəm. Beləcə, qonaq otağımı studiyo kimi qurmuşam və özümü səsyazmaları oxumağa həsr etmişəm. Pis bəstəkar deyiləm, yalnız özüm üçün deyil, başqaları üçün də mahnı yaza bilirəm. Və indi bunu sübut etməliyəm. İndiyə kimi bu elə də asan olmayıb. Məsələn, Belarus Avroviziya seçimləri üçün “Milki” qrupunu yaratdım. Onlar üçün mahnı yazdım və əmin idim ki, o uğurlu olacaq. Amma Belaruslar müsabiqəyə başqa qrupu göndərməyi qərara aldılar. Amma səmimiyyətlə deyə bilərəm ki, bu mənim həyatımın ən pis günü idi. Bunun məni pis etməyinə icazə vermədim və əksinə başa düşdüm ki, işləməyə davam etməyə ehtiyacım var. İndi evdə olduğum zaman, xüsusi komputer proqramlarını öyrənmək üçün çox çalışıram. Bu mənim klassik musiqini yazdığım şeydir, misal üçün, bunu mən beynimdə formalaşdıra bilirəm. Amma kino musiqisi və komputer oyunları üçün musiqi tamamilə fərqlidir. Əgər bu istiqamətdə lider olmaq istəyirəmsə, bütün müasir qarışıqlıqlarda mütəxəssis olmağa ehtiyacım var.

Əsasən, mənim mənzilimdə hər şey iki hissəyə bölünüb. Əgər mən işləyirəmsə- bu səsyazma hissəsidir və əgər mən istirahət edirəmsə- bu tv hissəsidir. Evimi bəzəmək çox vaxtımı aldı. Avroviziyada qalib olduqdan dərhal sonra, fyordun sahillərində Oslonun mərkəzində mənzil aldım. Və əmin idim ki, təqribən bir ilə, Norveçin mahnı müsabiqəsinə ev sahibliyi edəcəyi vaxta qədər, evə köçmə qonaqlığı təşkil edəcəm və yeni super televizorda Avroviziyaya baxacam. Amma hərşeyi ləğv etməli oldum. Mən məşhur mükəmməlistəm və hər şeyin mükəmməl olmasını istəyirdim. Divanın sifariş etdiyim rənglə dəqiq eyni olmasını istəyirdim, tv-nin istədiyim hündürlükdə olmasını istəyirdim, bir millimetr də aşağı yox. Və beləcə hər şeyi idarə edirdim, hər yerdə xətkeşlə gəzirdim və hərşeyi təzədən etmələrini xahiş edirdim. Deməliyəm ki, evdə çox nadirən oluram. Avroviziyada qalib olduğum il Milad və ad günüm daxil olmaqla 4 gün istirahətim vardı! Belə qarışıq cədvəllə hər şeyi necə təzədən edə bilərsən?

İndi ayda 2-3 gün istirahət günü götürürəm, beləcə evdə tək və ya dostlarımla qala bilirəm, futbol izləyə, istirahət edə və özümə gələ bilirəm. Və hətta mənə ən maraqlı layihə təklif etsələr və o günlərdə böyük miqdarda pul təklif etsələr belə, mən onu geri çevirirəm. Amma beş il əvvəl, mən işləmək əvəzinə necə istirahət etməyi başa düşmürdüm, və bütün etdiyim iş, iş, iş idi. Amma şəxsi həyata ehtiyacınız var, düzdür? Əgər o yoxdursa bütün bunlar nə üçündür?

 

Amma beş il əvvəl, mən işləmək əvəzinə necə istirahət edə biləcəyini başa düşmürdüm, və bütün etdiyim iş, iş, iş idi. Amma şəxsi həyata ehtiyacınız var, düzdür? Əgər o yoxdursa, bütün bunlar nə üçündür? Mən hələ ailə qurmaqdan uzağam. Mənim mənzilimdə həyat yoldaşı və uşaqlar üçün otaq yoxdur. Şəkil: Arsen Memetov

Mən hələ ailə qurmaqdan uzağam. Mənim mənzilimdə həyat yoldaşı və uşaqlar üçün otaq yoxdur. Evlənməzdən əvvəl, öz iki ayağımın üstündə dayanmağa, hərkəsə böyük bəstəkar olduğumu sübut etməyə və bu sahədə stabil gəlirimin olduğuna əmin etməyə ehtiyacım var. Siz güman ki, soruşacaqsız: hisslərimi necə idarə edə bilərəm? Əgər dəlicəsinə sevdiyim bir qız tapsam və dərhal evlənməyə qərar versəm? Hə, güman ki, bu nağıllarda olur. Mən böyümüşəm və uzun müddətdir belə şeylərə inanmıram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Run by a worldwide team of Alexander Rybak's fans