Aleksandr Rıbak: “Hər kəsin şansı var”

Aleksandrın onun qəlbini fəth edə biləcək qızlar haqqında Ukrayna jurnalı “Bir az İstirahət Et”-ə qısa müsahibəsi

Sonya L. tərəfindən ingilis Tərcümə. Anni J. tərəfindən Revision. Azadə İmranzadə  tərəfindən Azərbaycan Tərcümə

Mən bütün qızları bəyənirəm: Uzun olanları, qısa olanları, Ukraynadan, Çindən, Niderlanddan, Norveçdən və Belarusdan olanları… Hər kəsin şansı var, amma mən hiss edirəm ki, Slavyan köklü qızlar mənə daha yaxındır. Mən parlaq makiyajsız və libasda olan qızları xoşlayıram. Təbii gözəlliyi və xanımlığı xoşlayıram. Müxtəlif cür qızları bəyənirəm. Ən önəmli şey səmimiyyətdir. Mən inanıram ki, münasibətlər insanlar sevdiyi zaman başlamamalıdır, onlar dost olanda başlamalıdır. Bu yolla davam etmək və əlaqə saxlamaq daha asandır. Ukraynalı qızlar ağıllıdır və onların yaxşı təhsili var. Onlarla ünsiyyət qurmaq və dost olmaq asandır. Onlardan biri ilə görüşəndən sonra mən onu kinoya dəvət etmək, söhbət etmək istərdim…Dostluq nəticəsində sən həyat yoldaşı qazana bilərsən. Mənim ilk sevgim bir skripkaçıya idi, axırıncı isə həkim idi.

Əgər bir qız işləyirsə, o tez tez yemək bişirmir və ev əhlinə az vaxt ayırır. Amma düşünmürəm ki, mənim boş-bikar birinə marağım olsun. Ukraynalı qızlar hər şeyin və hər yerin öhdəsindən gələ bilirlər. Və bu əladır! Onlar öz kariyeralarında müvəffəqiyyətlidirlər, amma eyni zamanda öz kişilərini dadlı bir şeylərə qonaq edə bilərlər. Siz bilirsiz ki, bu kişinin qəlbinə yaxşı yoldur.

The English version of the article you’ll find here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Run by a worldwide team of Alexander Rybak's fans