Aleksandr Rıbak- 8 milyon Norveç kronu dəyərində subay

Musiqiçi Aleksandr Rıbak (28) sabah səhər saat 9:00da NRK Klassisk radiosunda aparıcı kimi ilk çıxışını edəcək. O, oktyabrda NRK -da “The Hit”-də olacaq.

 Mənbə: dagsavisen.no Müəllif: Geir Rakvaag. Foto: Anne Liv Ekroll / NRK

NRK-klassisk Alexander Rybak

Jorunn Ekre. tərəfindən ingilis Tərcümə. Anni J. tərəfindən Revision. Azadə İmranzadə  tərəfindən Azərbaycan Tərcümə

-NRK klassisk-də “Min Favorittmusikk” (Mənim sevimli musiqim)-də aparıcı olmaq necə bir şeydir?
-Bu mənim üçün aparıcı rolunda çıxış edə biləcəyim mükəmməl proqramdır. Bu klassik musiqidir, mənim tamaşaçılarım məni yeni hekayələrə görə tanıyır və hər proqramı hazırlamaq üçün kifayət qədər vaxtım var.

– Bu sizin qəlbinizə çox yaxın olan klassik musiqidir?
– Bu mənim birlikdə böyüdüyüm musiqidir. Mən görürəm ki, pop musiqi bəstəkarları klassik musiqi təhsillidirlər, və onlar sadəcə arxa planı olmayan şeylər yoxlayırlar. Böyük fərq.
– Bəs “The Hit” haqqında nə fikirləşirsiniz?
– Düşünürəm ki, bu tv-də yeni və təzə istedad anlayışı ilə əyləncəlidir və kömək etməyə şadam. Ümid edirəm ki, KİV geridönüş haqqında yazmağa başlamaycaq, həmişə mən əyləncəli bir şey etdiyim zaman etdikləri kimi.

-Sizin pop karyeranız necə gedir?
– Mən həmişə ənənəvi pop sənayesi ilə uyğunlaşmamaqla bağlı açıq olmuşam, fərqliliyə qarşı mübarizə aparmağa davam edəcəm. Xoşbəxtlikdən NRK mənə inkişaf etməyə imkan yaratmağa başlayır, və mənim fərqli tərəflərimə qarşı pozitivdirlər.Nəhayət insanların məni müxtəlif qruplarda “Fairytale” çalmağa dəvət etmək dövru qurtarıb. Ola bilsin ki, o insanlar NRK-dan vaz keçiblər?

-Çox səyahət edirsiz?
– Maltaya TV şouya çıxmaq üçün , Rusiyaya ən böyük TV kanalı üçün uzun portret müsahibədə olmaq üçün və Türkiyəyə və ABŞ-a konsertdən əvvəl istedadlı qruplarla seminarlarım olduğu üçün gedirəm. Bu həftə Ukraynaya getməzdən əvvəl mənə çox insanlar konfliktlərə görə ora getməməyi məsləhət edirdilər. Amma mən belə düşünmək istəmirəm. Və mən ora getdim və 4 Tv Şouları yazdırdım. Mənim Ukraynalı tamaşaçılarım digərləri qədər önəmlidir.

– Sizə ən çox hansı kitab mənalı gəlir?
-Bu güman ki, Paulo Cohelodan ‘The Alchemist’-dir, amma o vaxtlar 17 yaşım vardı. Əgər onu indi oxusam onu tamamilə duyğusal kimi görərdim.
– Sizi nə xoşbəxt edir?
– Heç vaxt xoşbəxtliyi tapmaq kimi bir sıxıntım olmayıb. Mənə görə pis şansın olmamağı kifayətdir. Siz həmişə xoşbəxtliyi təqib edə bilərsiz, amma dünyada çox gözəl şeylər var.

– Sizin uşaqlıq qəhrəmanınız nə idi?
– David Coucheron. O Nesoddendə atamın skripka tələbəsi idi, onun kimi olmaq istəyirdim. Bundan əlavə, Eminem və Maykl Cekson biz uşaqların üzərində böyük təsiri olub.

-Özünüzdə ən çox bəyənmədiyiniz şey nədir?
-indi dərinliyi axtarmalıyam. Amma istərdim ki, daha çox spontan və daha az mükəmməliyyətçi olum. Amma hiss edirəm ki, sən birini seçməlisən və mən mükəmməliyyətçi olmağı seçirəm.

– Uğursuz olduğunuzda nə edirsiz?
-Nadirən şəhərə çıxıram və insanların şəklimi çəkə bilməsi faktı haqqında fikirləşmədən qızlarla rəqs edirəm

-Bir aksiyaya qoşulmağınıza nə səbəb ola bilər?
– Fərdi inkişafa razılıq. Və Jet ski-lər.

– Peşman olduğunuz nəsə var?
– Mən ‘The Bachelor’ (Subay)-ın Ukrayna versiyasını rədd etdim, Mənə 8 Milyon Norveç Kronu təklif etmişdilər. Mənim sevgilim məni bir neçə həftə sonra tərk elədi.

-Kimlə liftdə qalmaq istəyərsiz?
-Gələcəkdəki özümlə, beləliklə faydalı informasiya ala bilərəm.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Run by a worldwide team of Alexander Rybak's fans