Aleksandr Rıbak Her&Nå-da sevgi, zorbalıq və dostluq haqqında 18.08.2015

Aleksandr Rıbak öz prioritetlərini necə düzgün seçəcəyini bilir:

AİLƏ VƏ DOSTLAR MƏNİM ÜÇÜN HƏR ŞEY DEMƏKDİR


Müəllif: Qri Hartviqsen Foto: Lasse Eriksson və Morten Bendiksen. Corunn Ekre tərəfindən tapılıb və tərcümə olunub. Anni Covett tərəfindən yoxlanılıb. Azərbaycan dilinə Azadə İmranzadə tərəfindən tərcümə olunub 🙂

1. Sitat: “Mən nəhayət səhnə işığından daha çox arxada işləmək istərdim” 2. DOSTLARA ÖNCƏLİK VERİR: Aleksandr Rıbak dostluğa böyük dəyər verir. Her & Nå onunla Staverndə getdiyi Stig Verner Moenun yay şousunda görüşür. Dostlarla olan görüş müqəddəsdir deyir o. 3. – ÇOX MƏŞĞUL: Bu yay Aleksandr Rıbak Oslo və Dennis Storhöi və “Skjærgårdsdoktoren”dən Samuel Frölerlə birlikdə Soot tamaşasında Ole Bull rolunu oynadığı yer Örje arasında səyahət edir.

 

Aleksandr Rıbak elə çox işləyir ki, o öz sevgi həyatını gözləməyə qoyub. Amma dostları və ailəsi həmişə onun prioritetləri arasında ən üst sıradadır.

– Mənim ailəm və ən yaxın dostlarım mənim üçün həyatda hər şey deməkdir. Qalan hər şey sadəcə havadır. Və ya bonus. Mən həmişə dostlarımla nəisə etməyə üstünlük verirəm, amma həmçinin təcrübə etmişəm ki, dostluq sonlanır. Əgər başa düşsəm ki, bir-birimizi başa düşmürük, onları getməyə qoyacağam. Başqa dostluqlar illər ərzində dərinləşir, deyir Aleksandr Rıbak (29) fikirli-fikirli. Skripkaçı Avroviziya 2009-da “Fairytale” ilə olan böyük uğurundan sonra çox güclü işləyib və illər qasırğa kimi çoxlu iş və performanslarla gəlib keçib. Onda sevgi üçün boş yer tapmaq çətindir.

– Başa düşmüşəm ki, bugünlərdə musiqiyə fokuslanmalıyam. Sevgili üçün vaxtım yoxdur indi, deyir cazibədar müğənni Her & Nå-ya.

UŞAQ KİTABININ TƏQDİM OLUNMASI. YUMOR: Burada Stiq Verner Moenin Trolle hekayəsində səsləndirdiyi Hulder Kralın rəsmidir. Aleksandr Rıbak ümid edir ki, həm böyüklərə və həm də uşaqlara çatacaq bu kitabla.

Onun sonuncu layihəsi Trolle haqqında uşaq kitabı, audiokitab və albomdur. Kitabı nəql edən “Kampen om tungtvannet”dən olan ulduz Dennis Storhöidən (55) başqası deyil, “Børning”dən olan aktyor Anders Baasmo Kristiansen (39) və “Reisen til julesthernen”dən Stig Verner Moenin(46) də payı var.

Siz deyə bilərsiniz ki, Trollenin özümdə bildiyim bəzi xüsusiyyətləri var, amma bunlar şişirilmiş şöhrətdir. Trolle sehrli bir skripka tapır, hansı ki, skripkanı çaldığı adamlar üzərində güc verir ona. Buna baxmayaraq hamı qaçır ondan və meşənin dərinliklərində tək yaşayır, deyir Rıbak.

Hekayədə Trolle öz skripkası ilə insanları ovsunlamaqdan çəkinməyə çalışır.

– O bilir ki, gücü var amma çalışır ki, ondan istifadə etməsin. Bu biraz mən və qadınlar kimidir, baxmayaraq mənim əlbəttə onlar üzərində heç bir gücüm yoxdur, o irişir.

 

Bir şouda birlikdə: Aktyor Stiq Verner Moe (sağ) haqqında hekayədə Hulder Kingi səsləndirib. Moe əvvəllər Rıbakı təqlid edib. Bu yay onun Staverndə “Stig og Styves sommershow” şousu oldu.

Musiqiçi Norveçə uşaq olanda gəldiyi vaxt norveçli mədəniyyətini başa düşməyə və uyğunlaşmağa çalışdığı zamanda bir kənar adam olmaq hissini xatırlayır. Amma hətta o tam olaraq zorbalığa məruz qalmasa da, məktəbdə ən sevimlilər arasında deyildi.

Mən güman ki, biraz cırnadılmışam, amma mən həmişə üzərinə gedilən insanları müdafiə edən biri olmuşam. Beləcə güman edirəm ki, həmişə özümü zorbalıq qurbanları ilə sübut etmişəm. Bundan əlavə kədərli şeylərə meylim var, və buna görə Trolle tənhadır və insanlara inanmaqda çətin vaxtları olur, deyə davam edir o.

VACİB DƏSTƏK: Mən ana və atamın mənə verdiyi sevgi və intizamlılığın qarışığını dəyərləndirirəm, demişdi Aleksandr Her & Nå-ya əvvəllər. Buyurun 2009-da Avroviziyada olan qələbə üçün xoşbəxt olan ailə.

 

Rıbak həyatda indiyə kimi nail olduğu hər şeylə çox fəxr edir, amma o həmçinin yox dediyi hər şeylə də fəxr edir. Və hər şeyin zirvəsində Trolle qaydaları haqqında uşaq kitabı və albomu durur. Ancaq vaxt göstərəcək ki, gələcək daha sakit günlər və ailə həyatı gətirəcək mi.

Mən nəhayət səhnə işığında işləməkdən çox, arxada işləmək istəyirəm, amma bu biraz vaxt aparacaq. Əgər nə vaxtsa ailə sahibi olmaq təcrübəsi əldə etsəm, bunu bir bonus olaraq nəzərə alacam, o deyir gülümsəyərək.

CİLVƏSİZ YAY: Aleksandr Rıbak “Hver gang vi møtes”-də iştirak etdiyindən bəri Norveçdə zəif profili var. Amma bu payız o bir kitabı yayınlamağa hazırdı.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Run by a worldwide team of Alexander Rybak's fans